Dövlət Qulluqçuları Peşə bayramlarını qeyd etdilər
Dövlət qulluqçularının peşə bayramı günü Mingəçevirdə böyük coşqu ilə qeyd olundu. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra şəhər İcra Hakimiyyətinin müşavirə zalında bir araya gəldilər.
Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd etdi ki, 20 dekabr 2002-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının baş məclisinin 57-ci iclasının qətnaməsi ilə iyunun 23-ü “Dövlət qulluğu günü” elan edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı ildə imzaladığı “Dövlət qulluqçularının Peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncamla həmin gün Azərbaycan Respublikasında dövlət qulluqçularının Peşə bayramı günü kimi qeyd edilir.
Tədbirdə Şəhər Təhsil şöbəsinin müdirinin müavini Raifə Mürşüdova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Sona Mustafayeva, Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev, Maliyyə idarəsinin rəisi Samir Məmmədov, 8 saylı Ərazi Ekologiya şöbəsinin baş məsləhətçisi Lalə Əsgərova çıxış edərək Dövlər Qulluqçularını peşə bayramları münasibətilə təbrik etdilər.
21 iyun 2017-ci il tarixli Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Mahir Əliyev və Etibar Kərimov onlara verilən yüksək mükafata görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Əmin etdilər ki, bundan sonra da var qüvvələri ilə göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov tədbirə yekun vurdu