Şriftin ölçüsü :

Saytın rəngi :

Son zəng

14 iyun 2017 | 16:00

İyunun 14-də respublikamızın hər yerində olduğu kimi Mingəçevir məktəblərində də son zəng günü qeyd olundu. Orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri sevincli-kədərli anlar yaşayaraq məktəbə "əlvida" dedilər. 2016-2017-ci tədris ilində şəhərimizin məktəblərini  772 nəfər 11-ci sinif şagirdi bitirir. 7 saylı məktəbdə də 11-ci siniflərin “Əlvida məktəb” adlı son zəng tədbiri keçirildi.  Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli sərəncamı ilə 7 saylı məktəb ilin ən yaxşı ümumtəhsil məktəbi kimi qalib olması vurğulanmışdır. Ötən tədris ilində məktəbin məzunlarından 20 nəfəri respublikanın qabaqcıl ali məktəblərinə qəbul olunmuş, onların arasında 1 nəfər 600-dən yuxarı bal toplamışdır. Bununla yanaşı çıxışlarda məktəbin digər uğur və nailiyyətləri haqqında ətraflı danışıldı.
Tədbirdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəb kollektivinə və 11-ci sinifi bitirən məzunlara təbriklərini çatdırdı. Təhsilə və təhsil işçilərinə ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin və eləcə də ölkənin birinci Vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs etdi. Məzunlara həyatın yeni mərhələsində uğurlar dilədi.

Keçidlər