20 yanvar
Mingəçevirdə 20 yanvar hadisəsinin qurbanları yad edilib. Artıq 23 ildir ki, Azərbaycan azadlığı uğrunda şəhid olan övladlar hər yanvar ayının 20-də yad edilir.Vətənimizin hər bir bölgəsi kimi Mingəçevir də müharibədə maddi , mənəvi, fiziki gücü ilə döyüşüb. İgidlərimiz bütün qaynar bölgələrdə düşmənlə ölüm dirim savaşında qəhrəmanlıq göstərmiş və 323 şəhid vermişdir.
Səhər saatlarında Mingəçevirlilər şəhidlər xiyabanına axışdılar. Faciə qurbanlarının xatirə kompleksini ziyarət edən şəhər rəhbərləri və sakinlər gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiranlarını bildiriblər. 20 yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir . O müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Aərbaycan xalqının mübarizlik,qəhrəmanlıq günü kimi daxil olub. Nəsillər dəyişəcək? lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Daha sonra Mingəçevir Dövlət Dram Teatırında faciə qurbanlarına həsr edilmiş əbədi-bədii kompozisiya nümayiş etdirilib.Teatırın aktyorları ifasında səslənən kompazisiya hər kəsi bir daha o günlərə qaytarıb. Respublikanın xalq artisti Zülfüqar Abbasov çıxış edərək bildirmişdir ki,bu gün vətən , şəhidlərini heç vaxt unutmayacaq 20 yanvar Azərbaycan xalqının hüzün və şərəf günüdür. Mənfur ermənilər öz murdar əməllərindən əl çəkmirlər,amma bizim Azərbaycanımızın şərəfi, ləyaqəti, qüdrəti getdikcə artır, bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq.