23 sentyabr tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
23 sentyabr 2026 | 14:31
Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi.
Şura iclasının gündəliyinə müzakirə üçün 3 məsələ çıxarılmışdı:
- “Şəhər əhalisinə göstərilən nəqliyyat xidmətinin vəziyyəti haqqında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin rəhbərinin hesabatı”.
- “Əhaliyə göstərilən rabitə xidmətlərinin təhlili, müasir xidmət növlərinin tətbiqi istiqamətində görülən tədbirlər haqqında “Aztelekom” MMC-nin Mərkəzi Aran Regional Filialının Mingəçevir şöbəsinin hesabatı”.
- “Mingəçevir şəhərində idmanın inkişafı istiqamətində şəhərdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərin apardıqları işlərin vəziyyəti barədə”.
Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.






