Şriftin ölçüsü :
Saytın rəngi :
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbiri şəhər rəhbəri İlham İsmayılov giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran İlham İsmayılov ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.
Tədbirdə Mingəçevir Təhsil sektorunun müdiri Rüstəm Aslanov, Şəhər Veteranlar Şurasının sədr müavini, təqaüddə olan dövlət qulluqçusu Rizvan Mikayıllı, Mingəçevir Regional “Asan Xİdmət” mərkəzinin direktoru Elxan Cəfərov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladılar.