Şriftin ölçüsü :

Saytın rəngi :

REŞ-in açılışı

14 iyun 2017 | 16:00

İyunun 13-də, Qurtuluş günü  ərəfəsində  Mingəçevirdə  Mərkəzi Aran  Regional Enerji Təchizatı və Satışı İdarəsinin yeni inzibati binasının açılış mərasimi olmuşdur. Öncə  Ulu öndər Heydər Əliyevin   büstünün önünə gül dəstələri qoyulmuşdur.   İdarə kollektivinin, ictimaiyyət nümaytəndələrinin və KİV təmsilçilərinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr haqqında məlumat verdi.  Şəhər rəhbəri qeyd etdi ki, Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət göstərir. Yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır, bütün sahələrdə inkişaf özünü göstərir.  Mərkəzi Aran  Regional Enerji Təchizatı və Satışı İdarəsinin yeni inzibati binasının açılışı münasibəti ilə Niyazi Bayramov kollektivi, həmçinin bütün mingəçevirliləri təbrik etdi, işlərində uğurlar arzuladı.
Tədbirdə “AZƏRişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov  və İnvestisiya Deportamentinin direktoru Toğrul Rəhimov çıxış edərkən öz təbriklərini çatdırdılar. Qeyd olunmuşdur ki, ölkəmizin bir çox bölgələrində istifadəyə verilən bu cür yeni texnika və texnologiya ilə təchiz olunan inzibati binalarda xidmət daha yüksək və keyfiyyətli olacaq.

Keçidlər