Mingəçevirdə yeni qaz xəttinin çəkilişi
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində məskunlaşan 412 məcburi köçkün ailəsinə sevinc hissi bəxş olunub. Qaçqın şəhərciyinə Mingəçevir qazpaylayıcı stansiyadan polietilen borularla 580 poqonometr uzunluğunda daşıyıcı, 8536 poqonometr uzunluğunda müxtəlif diametrli polad borularal paylayıcı kəmər çəkilib. 7 ədəd siyirtmə, 412 sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Şəhərin Heydər Əliyev prosoektində yeni salınan 30 fərdi ev də mavi yanacaqla təmin olunub. Texniki rezin məmulatları zavodunun ətrafında, Şəfəq,Gülşən Şəfa və Galüstan bağ maasivlərindəki 647 təsərrüfatda yaşayan sakinlər də mavi yanacaqdan istifadə etmək imkanı qazanıblar. Ümumilikdə 1086 abanent mavi yanacaqla təmin olunub. Bununla da Mingəçevirin qazlaşma faizi 94,4 faizə yüksəlib. Abonentlərə mavi yanacağın verilməsi münasibəti təşkil olunan mərasimdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bu əlamətdar hadisə münasibəti ilə sakinləri təbrik edib. Vətəndaşların o cümlədən,məcburi köçkünlərin sosial problemlərinin həllinə,mənzil məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki,Mingəçevirin girəcəyində məcburi köçkün soydaşlarımız üçün 502 mənzildən ibarət 10 ədəd 9 mərtəbəli yaşayış binası tikilib,zəruri sosial infrastruktur yaradılıb. “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun birinci müavini Qamət Məmmədov məlumat verib ki,dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən 2013-cü ilin sonuna kimi ölkənin ən ucqar kəndləri belə qazlaşdırılacaq. Mərasimdə yeni il qabağı iki qat sevinc hissi keçirdiklərini söyləyən sakinlər diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonda mavi yanacağın verlişini bildirən rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə gedərək mavi yanacağın təzyiqini yoxlayıblar.