Şriftin ölçüsü :

Saytın rəngi :

22 noyabr 2023-cü il tarixdə Vətən müharibəsi şəhidi Rüstəm Məmmədovun məzarı ziyarət edildi

22 noyabr 2023 | 10:53

Vətən müharibəsində cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarında iştirak edərək Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Məmmədov Rüstəm İbrahim oğlunun 22 noyabr 2023-cü il tarixdə məzarı ziyarət edildi, ruhuna ehtiram bildirildi, şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar edildi. Mərasimdə şəhidin ailə üzvləri,yaxınları, şəhid ailələri, şəhər İcra Hakimiyyətinin əməkdaşı, YAP şəhər təşkilatınınn sədr müavini, millət vəkilinin köməkçisi, Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhidimizin xatirəsi yad edildi. Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Məmmədov Rüstəm İbrahim oğlu (ölümündən sonra) "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı və “3-cü dərəcəli Vətənə Xidmətə Görə” Ordeni ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər