“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi”nə həsr olunan Milli Fəaliyyət Proqramının icrası üzrə ictimai dinləmə keçirilib
İyunun 21-də Mingəçevir Dövlət Universitetinin akt zalında “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi”nə həsr olunan Milli Fəaliyyət Proqramının icrası üzrə ictimai dinləmə keçirilib.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son illər Mingəçevirdə həyata keçirilən iqtisadi, sosial və mədəni layihələr barədə məlumat verib, insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində görülən işlər barədə məlumat verərək, ölkəmizdə həyata keçirilən demokratik hüquqi və sosial-iqtisadi islahatlardan söz açıb, insan hüquq və azadlıqlarının müdafiəsi işinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib.