Ulu öndər Heydər Əliyevin anım günü qeyd edilib
Mingəçevir şəhər H.Əliyev adına parkda müasir müstəqil Azərbaycan dövlətinin memar və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri H.Əliyevin anım günü qeyd edilib. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının doqqucuncu ildönümü günü bütün mingəçevirlilər,ictimayyət nümayəndələri H.Əliyvin heykəlini ziyarət edərək önünə gül dəstələri qoymuşlar,müdrik dövlət xadiminə Allahdan rəhmət diləyiblər. Daha sonra ulu öndərin adını daşıyan muzeydə tədbir keçirilib. İlk öncə mərasim iştirakçıları muzeydə ulu öndərin həyat və yaradıcılığını əks etdirən fotolara ,daha sonra video çarx vasitəsi ilə filimə baxıblar. Tədbirdə ilk öncə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki,qədirbilən azərbaycan xalqı ulu öndərin əvəzsiz xidmətlərini heç vaxt unutmur.Daha sonra çıxış edən şəhər ictimayyətinin nümayəndələri qeyd etmişlər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bildirmişlər ki,qeyri-adi səxsiyyəti,siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.