Şriftin ölçüsü :

Saytın rəngi :

Doğun haqqında şəhadətnamələr təqdim olunub

01 iyun 2016 | 16:00

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı təntənəli doğum qeydi aksiyası çərçivəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində dünyaya yenicə göz açan 15 körpənin doğum haqqında şəhadətnamələri onların valideynlərinə təntənəli şəkildə təqdim edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni doğulanların valideynlərini təbrik edib, körpələrə xoşbəxt və sağlam gələcək arzulayıb. Mingəçevir şəhər qeydiyyat şöbəsinin müdiri Sevinc Hüseynova şəhadətnaməsi təqdim edilən balacaların timsalında bütün uşaqlara xoşbəxtlik, səadət, uğur diləyib, dünyaya sevinc bəxş edən uşaqların heç vaxt valideyn qayğısından, diqqətindən, nəvazişindən məhrum olmamalarını arzu edib.

Keçidlər