Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir.

05 mart 2024 | 18:42

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin hər yerində olduğu kimi Mingəçevir şəhərində də tədbirlərə başlanılıb. Martın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağac əkmə aksiyası keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP şəhər təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərliyi, idarə və müəssisələrin rəhbərləri, MDU-nun, Turizm və Tibb Kolleclərinin, təhsil müəssisələrinin təmsilçiləri, ictimai təşkilatların, qeyri-hökumət təşkilatların nümayəndələri, mətbuat işçiləri, əmək veteranları, tələbə və gənclər iştirak ediblər. Tədbir Bayraq Meydanı yaxınlığında, Şərq giriş qapısı və Energetiklər yaşayış massivindəki ərazilərdə həyata keçirilib.

Keçidlər