Şriftin ölçüsü :

Saytın rəngi :

20.06.2024-cü il tarixə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı yanında Fövqaladə Hallar Komissiyasının iclası keçirildi

21 iyun 2024 | 12:56

     20.06.2024-cü il tarixə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasıməqsədilə şəhər İcra Hakimiyyətinin başçısı yanında Fövqaladə Hallar Komissiyasının iclası keçirildi. Gündəlikdə duran əsas məsələ 20.06.2024-cü il tarixdə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması oldu Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclası açaraq gündəlikdə duran məsələ barəsində məlumat verdi. Qeyd etdi ki, 20.06.2024-cü il tarixdə saat 19:40-da başlayan Şimal - Qərb küləyinin orta sürəti 14 m/s , daha sonra 26 m/s, 21:00-da maksimal sürəti 28 m/s olmuşdur. Güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən, 27 ağacın iri budaqların qırılaraq yerə düşürmüş, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranmış, 400 abonentin qaz xəttinin verilişində fasilə yaranmış, 1 ədəd fərdi evin dam örtüyünə ziyan vurmuş, qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşərək sürücüyə xəsarət yaratmış, Z.Həsənova 2-də 1 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyünü uçurmuş, 5 nəfər şəhər sakini ağac aşması nəticəsində xəsarət almış, 1 nəfər Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu vəfat etmişdir. Xəsarət alanlara təcili yardımlar edilmişdir. 17 000 abonentin (48%) elektrik enerjisinin təchizatında 10 saat fasilə yaranmışdır. Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanmış, nəqliyyata və hərəkətə mane olan ağaclar hərəkət zolağından götürülmüş, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanmış, hazırda bərpa işləri davam etdirilməkdədir.

     Daha sonra şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatı rəhbərləri öz təsərrüfatlarına dəyən ziyan barədə aidiyyatı üzrə məlumat verdilər.Komissiyanın sədri İlham İsmayılov dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işçı qrupunun yaradılmasını təklif etdi

20.06.2024-cü il tarixə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı yanında Fövqəladə Hallar Komissiyası məsələni müzakirə edərək qərara alındı.

1.Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün işçi qrup yaradılsın və dəyən ziyanla bağlı qiymətləndirmə işləri aparılsın.

2.Şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatı rəhbərləri dəymiş fəsadları qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görsünlər

3.Fövqəladə hadisə nəticəsində baş vermiş fəsadlarla, eləcə də fəsadların aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə əhalinin məlumatlandırılması

Keçidlər