Şriftin ölçüsü :

Saytın rəngi :

Başçı ziyalılarla görüşüb

07 dekabr 2012 | 16:00

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ziyalıları ilə görüş keçirib. Başçı şəhərdə fəaliyyəti dövründə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermiş, cəmiyyətin ən qabaqcıl nümayəndələri olan ziyalıların arzu və təkliflərini dinləmişdir. Görüşdə ziyalılar aparılan quruculuq, abadlıq və yenidənqurma işlərinin, küçə, park və xiyabanların müasir görkəmə salınmasının sakinlər tərəfindən razılıqla qarşılanmasını bildirmiş, bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Bununla yanaşı
ziyalılar onları narahat edən məsələləri də dilə gətiriblər.
Çıxış edən bütün ziyalıları diqqətlə dinləyən icra başçısı bu kimi problemlərin həllinə nail olacağını bildirib. İcra başçısı çıxışını bu sözlərlə tamamlayıb: “Mingəçevir hər birimizin şəhəridir. Ona görə də bu şəhərin abadlaşması üçün hər kəs əlindən gələni etməlidir. Ümid edirəm ki, biz sizinlə birgə bu şəhəri ən gözəl şəhərlər sırasına çıxara biləcəyik”.
 

Keçidlər