20 Yanvar Hüzn Günü münasibəti ilə Mingəçevirdə anım tədbiri keçirilib.
20 yanvar 2026 | 20:12
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, millət vəkili Aydın Mirzəzadə, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarınln rəhbərliyi və kollektivləri, səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşları, hərbi hissələrin hərbi qulluqçuları, YAP şəhər təşkilatının və Bələdiyyənin üzvləri və qulluqçuları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin kollektivləri, mətbuat işçilərii, idarə və müəssisələrin kollektivləri 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə Mingəçevir Şəhidlər Xiyabanında 20 Yanvar abidə kompleksinin qarşısına gül dəstələri düzərək şəhidləri yad ediblər. Torpaqlarımızın qorunması, azad olunması, ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərin məzarları, itkinlərin abidə kompleksi önünə gül dəstələri düzülüb. Faciə qurbanlarının, şəhidıərin ruhuna dualar oxunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakl şəhərinə və bəzi bölgələrə azğınlaşmlş sovet imperiyasının silahlı qoşunlarının hücumu zamanı azadllq üçün ayağa qalxan əliyalın insanların qətlə yetirilməsi Azərbaycan xalqının həm hüzn, həm də şərəf tarixidir. Xalqımız onları unutmur, xatrəsini əziz tutur. Saat 12.00-da ölkə ərazisində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, dövlət bayraqları hüzn əlaməti olaraq endirilib, gəmilər, qatarlar və avtomobillərdən səs siqnalları verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.