Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir şəhər Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər təşkil edilib. Tədbirlər Elm və Təhsil Nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir.
Plana əsasən, təhsil müəssisələrində faciəyə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, konfranslar, seminarlar və mühazirələr təşkil olunur. Bu tədbirlər, faciənin tarixi əhəmiyyətini yenidən xatırlatmaq və şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədini daşıyır.