20 iyul 2023-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oldu
21 iyul 2023 | 16:14
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyul ayının 20-də Ə.Vahid küçəsindəki 4 nömrəli binanın qarşısında oldu. Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Görüşə Ə.Vahid, N.Nərimanov, Nizami küçələrindəki yaşayış binalarının sakinləri ilə yanaşı şəhərin digər sahələrində yaşayan vətəndaşlar da gəlmişdilər. İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən problemlərin həllinə yönəldiyini bildirdi. Dövlət başçısının rəhbəriliyi ilə həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə ardıcıl olaraq həyata keçirilən quruculuq işlərindən danışan şəhər rəhbəri bundan sonra da şəhərimizin gözəlləşməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirdi. Çıxış edən sakinlərdən Elbrus Abdurahamanov, Simuzər Eyyubova, Elnarə Səmədova, Afət Rəhimova, Abbasəli Salamov, Gülzar Musayeva, Esmira İbrahimzadə, Salman Lətifov, Vüqar Yusifli, Nahid Mustafayev, Mehdi Seyidov, Şəfəq Yusifova çıxış edərək şəhərimizdə görülən abadlıq quruculuq işlərindən, şəhərimizin gözəlləşməsindən razılıqla danışdılar. Eyni zamanda qarşılaşdıqları problemlərdən söz açdılar. Yaşayış binalarının zirzəmilərində mövcud olan antisanitar vəziyyət, kanalizasiya sisteminin yarıtmazlığı, fiziki cəhətdən ömrünü başa vuran ağacların budanmasının vacibliyi, binaların giriş dəhlizlərinin təmirə ehtiyacı, oturacaqların olmaması, xeyir şər mağarının təmiri, ağacların suvarılması, qazanxananın təmiri, işsizlik və digər məsələlərdən danışdılar. Şəhər rəhbəri qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verərək bildirdi ki, yeni iş yerlərinin açılması diqqət mərkəzindədir, çoxmənzilli binaların əsaslı təmiri davam etdirilir. Həmçinin yeni istirahət guşələrinin yaradılması və yaşıllıq zolaqlaının yaradılması, nümunəvi məhəllələrin salınması nəzərdə tutulur ki, bütün bunlar həm vətndaşların rifah halını yaxşılaşdıracaq, həm də Nur şəhəri Mingəçevirin gözəlliyinə əlavələr edəcəkdir.