Şriftin ölçüsü :

Saytın rəngi :

20 avqust 2025-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası oldu

20 avqust 2025 | 15:14

20 avqust 2025-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iş planına uyğun olaraq şəhər təsərrüfatının müəssisə, idarə və təşkilatlarının iştirakı ilə şuranın növbəti iclası keçirilmişdir. İclasda çıxış edən İcra başçısı İlham İsmayılov iclasın gündəliyində 3 məsələ olduğunu bildirildi və bu məsələlər ətrafında çıxışçılara söz verdi. Gündəlikdə duran 1-ci məsələ “Şəhər təsərrüfatı müəssisələrinin payiz qış mövsümünə hazırlığının mövcud vəziyyəti barədə”, 2-ci məsələ “Ümummilli Lider H.Əliyevin siyasi irsinin öyrənilməsi və təbligi istiqamətində görülən işlər”, 3-cü məsələ” ŞHXÇDK tərəfindən uçota alınmış çagırışçılarin çagırış məntəqələrinə təhkim edilməsi,həkim komissiyaaindan keçməsi,hərbi hissələrə gönderilməsii işinin təşkili ilə bağlı olub”. Şəhər təsərrüfatında çalışan, İdarə,müəssisə rəhbərlərinin hesabatları dinlənildi. Çıxışçılar çıxış etdikdən sonra ,şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı məsələyə aydınlıq gətirərək mövsümə hazırlığı geniş müzakirəyə çıxardı. Bildirdi ki, mövsümə hazırlığın yerinə yetirilməsi göstərdi ki, bəzi məqamlarda çatışmazlıq və nöqsanlar da mövcuddur. Nöqsan və çatışmamazlıqların aradan qaldırılması,işinə məsuliyyətsiz yanaşan bəzi təsərrüfat müəssisələrinin rəhbərlərinə ciddi iradlar bildirdi. iclasa yekun vuraraq icra başçısı növbəti şura iclasında bu nöqsanların aradan qalxacağına əminliyini bildirib və müvafiq şöbələrə öz tövsiyyə və tapşırıqlarını verib. Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.

Keçidlər