2 iyul Polis Günü Mingəçevirdə qeyd olundu
02 iyul 2026 | 15:23
Əvvəlcə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər rəhbəri İlham İsmayılov asayiş keşikçilərini təbrik etmiş, ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. İlham İsmayılov Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası günbəgün təkminləşdiyini, gücləndiyini, Azərbaycan polisinin öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırıldığını xüsusi qeyd etmiş, şəxsi heyətə cinayətkarlığa qarşı mübarizədə uğurlar arzulamışdır.
Mingəçevir Polis Şöbəsinin rəisi Ədalət Əliyev ölkədə, o cümlədən şəhərdə sabitliyin, asayişin qorunmasında Azərbaycan polisinin gördüyü işlərdən danışmış, müstəqil dövlətimizin formalaşmasında, milli maraqların qorunmasında onların gördüyü iş mühüm rol oynadığını xüsusi qeyd etmişdir.
Tədbirin sonunda bir qrup polis əmədaşları fəxri fərmanla təltif olundular.