19.12.2025-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
19 dekabr 2025 | 19:48
İclasda şura üzvləri, icra aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. İclası açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məlumat verib ki, şura iclasında 3 məsələ müzakirə olunacaq. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində başa vurduğumuz təqvim ilində şəhərimizdə bir sıra mühüm layihələrin icrası uğurla yekunlaşıb və yaxud davam etdirilir. İnfrastruktur layihələr sahəsində olan boşluqların aradan qaldırılması işləri nəzarətdə saxlanılıb, vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə zəruri tədbirlər görülür. “Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi tərəfindən əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində görülən işlərin vəziyyəti haqqında” məruzə ilə memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Etibar Abdullayev, “2025-ci ildə şəhər ərazisində panlaşdırılan işlər üzrə aparılan abadlıq və quruculuq işlərinin vəziyyəti barədə” İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev məlumat veriblər. Müzakirələrdə kommunal xidmət müəssisələrinin rəhbərləri Şəhriyar Mustafayev, Elçin Abdullayev, Ramis Hüseynov, Azəri İsmayılov çıxış ediblər. İlham İsmayılov məsələlərə münasibət bildirərək qeyd edib ki, hər bir idarə rəhbəri işə məsuliyyətlə yanaşmalıdır. Tədbirlər planına əsasən yekunlaşan işlərlə yanaşı nöqsanlar, başa çatmayan layihələr də var. Hazırda iki xiyabanda quruculuq işləri aparılır. Əsas məqsədimiz şəhərimizi gözəlləşdirmək, vətəndaşlara nümunəvi şərait yaratmaqdır. Ən böyük probemlərdən biri şəhərin görkəminə xələl gətirən qanunsuz küçə ticarətidir ki, biz bunun qarşısını ardıcıl olaraq alır, həmin ərazilərdə istirahət məskənləri yaradırıq. Sağ sahildə, Heydər Hüseynov küçəsində sakinləri narahat edən daha bir problem isə həmin ərazidə piyada keçid yolunun yaradılması, səkilərin salınmasıdır ki, bu da gələcək ilin tədbirlər planına daxil ediləcəkdir. Əminliklə bildirirənm ki, cənab Prezidentin etimadını doğrultmaq üçün bundan sonra da məsuliyyətlə çalışacağıq, insanların narahatlığına yol açan qanunsuz tikili və digər işlərin baş verməsinə yol verilməyəcəkdir. Abunə və xidmət haqlarının yığımında olan boşluqlar, işlərin yarımçıq qalması, nöqsanlar barədə də danışan şəhər rəhbəri tapşırıqlarını verib. Şəhər Mühafizə şöbəsinin şəhər ərazisində əhəmiyyətli obyetktlərin mühafizəsinin təşkili, fərdi evlərin, mənzillərin, ticarət obyektlərinin mühafizəyə cəlb edilməsi vəziyyəti haqqında məlumatla mühafizə idarəsinin rəisi Əfqan Hüseynov məruzə edib. İclasa yekun vuran İlham İsmaylov hər kəsə uğurlar arzulamaqla qarşıdan gələn bayramlar münasbəti ilə təbriklərini çatdırıb. İclasda hər üç məsələ ilə bağlı qərar layihələri qəbul edilib.