Şriftin ölçüsü :

Saytın rəngi :

19.10.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü olmuşdur.

19 oktyabr 2023 | 14:32

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oktyabr ayının 19-da 4 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işiçiləri, idarə və müəssisələrin rəhbərləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, ictimaiyyət nümayəndələri, məktəbə yaxın ərazidə yaşayan sakinlər dəvətli idilər. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən danışaraq bildirdi ki, hazırda ölkəmizin hər yerində yenidənqurma işləri uğurla davam edir. Şəhərdə yeni kanalizasiya xəttinin çəkilişi, parkların, istirahət məskənlərinin, məhəllələrin abadlaşdırılması, nümunəvi məhəllələrin yaradılması diqqət mərkəzində saxlanılır. Qeyd olundu ki, şəhərdə işsizliyin aradan qaldırılması məqsədi ilə Azərbaycan İES ərazisində yeni stansiyanın, MDU-nun yeni kampusunun, keçmiş regenerat zavodu ərazisində 3 yeni fabrikin tikintisi aparılır. Sahibkarların yaxından dəstəyi ilə bu istiqamətdə tədbirlər həyata keçirilir. Bir sözlə, aparılan işlər insanların rifah halının yaxşıılaşdırılmasına, məmnunluq hisslərinin artırılmasına xidmət göstərir. Görüşdə çıxış edən sakinlərdən Qorxmaz Mirzəyev, Əbülfət Babayev, Rasim Məmmədov, Arif Hüseynov, Akif Ələkbərov, Günel Rəhimova, Elmira Mustafayeva, Məzahir Məhyəddinov, Vaqif Abbasov, Rafiq Həsənov Musa Rzayev, Röyal Əliyev, Nəcəf Əsgərov və başqaları qarşılaşdıqları problemlər haqqında söz açdılar. Ümumən görüşdə 80 nəfərə qədər sakin iştirak edirdi. Qeyd olundu ki, yaşadıqları ərazilərdə yollar tam qaydaya salınmayıb, bəzi küçələr qaranlıqdır, kanalizasiya sistemi normal işləmir, mənzil problemi mövcuddur və s. məsələlərin həllinə ehtiyac var. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin müraciətlərini, arzularını diqqətlə dinlədikdən sonra izahat və tövsiyyələrini bildirərək aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər