Səyyar görüş keçirilib
06 dekabr 2012 | 16:00
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə mütəmadi səyyar görüşlər təşkil edir. Belə görüşlərdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri narahat edən problemlərin həlli ilə bağlı yerindəcə tapşırıqlarını verir. Bu günlərdə belə görüşlərdən biri də Az.DRES qəsəbəsi, Naxçıvan küçəsi, 46-da keçirilib. Görüşdə sakinlər onları narahat edən problemlər barədə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu məlumatlandırıblar. Onların iradlarını dinləyən icra başçısı problemlərin həlli ilə bağlı aidiyyatı qurumlara göstərişlərini verib.