Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə İlaxır çərşənbə qeyd olunub

15 mart 2016 | 16:00

Martın 15-də Az.İES yaşayış massivində şəhər Mədəniyyət Mərkəzinin qarşısında İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib.
     Dədə Qorqud və Bahar qızı ilaxır çərşənbə münasibətilə şəhər sakinlərini təbrik ediblər. Tədbir Keçəl və Kosanın məzəli oyunları, musiqi kollektivlərinin şən bayram konserti ilə davam edib.

Keçidlər