Şriftin ölçüsü :

Saytın rəngi :

18.03.2024-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu.

19 mart 2024 | 15:02

     Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü martın 18-də 3 nömrəli orta məktəbin akt zalında oldu. Görüşdə əraziyə yaxın olan binaların və digər ərzilərdən gələn sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

     Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşıdan gələn Novruz bayramı münaisbəti ilə təbriklərini bikdirərək xoş arzularını çtdırdı. Qeyd etdi ki, bu gün, martın 18-də müzəffər ali baş komandan İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandıraraq, xalqımıza bayram təbrklərini çatdırmaqla yurdumuzun ərazi bütövlüyünün təmin olunmasını bir daha təqdim etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə ölkəmizin digər bölgələrində olduğu kimi Mingəçevirdə də abadlıq-quruculuq işlərinin genişləndiyindən danışdı. Qeyd olundu ki, İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına müvafiq olaraq cari il ərzində abadlıq-quruculuq işləri davam etdiriləcək, nümunəvi məhəllələrın sırası genişlənəcək, uşaq meydançaları yaradılacaq, işıqlanma dirəkləri qoyulacaq, yaşıllıq zolaqları genişlənəcək, söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaqdır. Bir sözlə, vətəndaşların rahatlığı üçün hər cür şəraitin yaradılması diqqət mərkəzindədir və keçirdiyimiz səyyar görüşlərdə sizlərin fikir və təkliflərinizi, problemlərinizi öyrənməklə onların həllinə daha tez nail oluruq.

      Çıxış edən sakinlər aparılan quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıq etdilər. Eyni zamanda problemlərdən danışıldı. Bəzi ərazilərdə işıqlanmanın zəifliyi, kanalizasiya sisteminin çəkilişindəki yarımçıq vəziyyət, zirzəmilərdə su yığıntısının antisanitar vəziyyət yaratması, bəzi sahələrdə asfaltın bərbad halda olması, tüstü bacalarındakı nasazlıq, işsizlik, xəstəxanada dərman çatışmazlığı və digər məsələlər diqqətə çatdırıldı.

     İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin vaxtında aradan qalıdırlıması üçün aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verərək bildirdi ki, sakinləri narahat edən bütün problemlərin həlli diqqət mərkəzində saxlanılacaq, həllini tapacaqdır.

Keçidlər