Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməsinmə xidmət etməlidir“ mövzusuna həsr edilmiş konfrans keçirilib

18 dekabr 2015 | 16:00

Dekabrın 18-də Mingəçevir Peşə məktəbində “Milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməsinmə xidmət etməlidir“ mövzusuna həsr edlmiş konfrans keçirilib. Konfransı açan məktəbin direktoru Ələddin Dəmirov Azərbaycan xalqının milli, dini dəyərlərindən, hər bir xalqın öz milli mənsubiyyətinə, dininə hörmətlə yanaşmağın vacibliyindən danışıb.
     Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Firəngiz Həsənova çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etməlidir, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə və dini inanclarına bağlılığından asılıdır. Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli kimliyini, özünəməxsusluğunu qoruyub saxlayıb. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli- mənəvi, mədəni, ədəbi dövlətçilik irsinə sahib olmasıdır.
     Sonra məktəbin tədris-istehsalat işləri üzrə direktor müavini İradə Rəhimova dövlət və milli-mənəvi dəyərlərimizdən, müəllim Mirpaşa Abbasov Azərbaycanın tolerantlıq ölkəsi olmasından, kimyəvi analiz laborantı qrupunun şagirdi Kəmalə Mehdiyeva Heydər Əliyevin islam dininə münasibətindən bəhs ediblər.

Keçidlər