Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil parkında quruculuq işləri sürətlənir

06 oktyabr 2012 | 15:00

64 il bundan əvvəl quruculuq işləri başlayan Mingəçevir zamanında Azərbaycanın ən gözəl və təmiz şəhərlərindən olub, bura xarici ölkələrdən gələn turistləri heyrətləndirib. Müstəqillik illərində ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı yenidən şəhərin öz gözəlliyini və füsunkarlığını bərpa etməsinə səbəb olur.
Ana Kürün sahili həmişə mingəçevirlilərin sevimli istirahət mərkəzi olub. May ayında şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə xüsusi layihə əsasında yeni parkın salınmasına başlanmışdır. Layihəyə əsasən burada yeni işıqlandırma sistemlərinin, fəvvarələrin quraşdırılması, dekorativ ağacların, gül kollarının əkilməsi, yaşıllıqların salınması təbii ki, şəhərimizin simasına yeni bir gözəllik əlavə edəcək.
Sahil istirahət guşəsinin şəhərimizin yaraşıq, yaşıllıq, sərinlik və füsunkarlıq brendi adlandırılması üçün ümumi sahəsi 16 min kvadratmetrə qədər döşəmədən, 10 min kvadratmetrə yaxın yaşıllıqdan ibarət olacaq istirahət guşəsində oturacaqlar, dekorativ gül-çiçək, ağaclar memarlıq elementləri, fəvvarələr quraşdırılacaq. Park boyu arxitekturası ilə seçiləcək gül-çiçəklər, milli ornamentlərə uyğun sütunlar, müasir işıqlandırma sistemləri, yaşıllıqlar, fəvvarələr insanların asudə vaxtını mənalı keçirməyə, ana təbiətlə təmasa səsləyəcək.
Şəhərimizdə davamlı olaraq quruculuq, abadlıq və yenidənqurma işlərinin aparılması, Sovetlər dönəmində yaşıllıq diyarı kimi şöhrətlənən Mingəçevirin küçə, park və xiyabanlarının müasir görkəmə salınması sakinlər tərəfindən də razılıqla qarşılanır. Hər bir mingəçevirli inanır ki, şəhərin hüsnünə edilən əlavələr insanlara mənəvi rahatlıq gətirəcək, sakinlərin istirahətinin səmərəli təşkilinə xidmət edəcəkdir.
 

Keçidlər