17 iyun tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü keçirildi.
17 iyun 2022 | 10:46
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 2 nömrəli MİS-in ərzisində oldu. Şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümyəndələrinin, KİV təmsilçilərinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük quruculuq işləri həyata keçirilir. Mingəçevir şəhərində həyata keçirilən quruculuq işləri çərçivəsində yolların asfaltlanması, işıqlanma sisteminin yenidən qurulması, su və qaz xətlərinin müasirləşdirilməsi, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və binalarda əsaslı təmir işlərinin aparılması, məhəllələrin abadlaşdırılması davamlı olaraq aparılaraq vətəndaşların məmnunıuq hisslərini artırıb. Şəhərimizdə park və digər istirahət məkanlarında aparılan quruculuq işləri, ərazidə sakinlərin rahatlığı, uşaq və gənclərin əylənməsi üçün oturacaqların qoyulması, söhbətgahlarn yaradılması, idman meydanlarının yaradılması, uşaq əyləncə qurğularının, yerləşdirilməsi hər kəsin ürəyincədir. Xüsusilə vurğulamaq lazımdır ki, 44 günlük zəfər döyüşündə əldə olunan qələbədən sonra azad olunan ərazilərdə bir sıra beynəlxalq tədbirlərin həyata keçirilməsi, abadlıq işlərinin geniş vüsət alması əyani şəkildə göstərir ki, bu bölgəmizdə həyat yenidən canlanacaq. Bizim bu günkü görüşümüzün əsas məqsədi sizləri narahat edən problemlərlə tanış olmaq, onların həllinə nail olmaqdır.” Görüşdə çıxış edən Cəlal Hüseynov ölkəmizdə, həmçinin Mingəçevirdə aparılan quruculuq işlərini təqdir edərək bu sahədə çalışan hər kəsə uğurlar arzuladı. Kifayət Əliyeva, Məhəmməd Əhmədov, Elnarə Hüseynova, Almaz Əliyeva, Şahlar Əsgərov, Ələt Babayev, Mirvari Məmmədova, Zakir Mahmudov, Tahir Məmmədov onları narahat edən problemlərdən söz açdılar. Binalarda istilik sisteminin olmaması, işsizlik, kanalizasiya sistemlərinin təmiri, binaların bloklarının əsaslı təmir olunması, xeyir şər mağarının dam örtüyünün bərbad halda olması, binaların qarşısında oturacaq və gölgəliyin qoyulması kimi narahatlıqlar, təkliflər dilə gətirildi. Şəhər rəhbəri söylənən fikirlər əsasında görüşdə iştirak edən aidiyyəti idarə rəhbərlərinə tapşırıqlar verdi. Sakinləri əmin etdi ki, onları narhat edən bu və digər problemlərin həlli üçün lazım oln bütün işlər görüləcəkdir.