17 iyun-Səhiyə işçilərinin peşə bayramı günüdür
17 iyun 2022 | 16:36
Mərkəzi xəstəxananın akt zalına toplaşmış həkimləri, tibb bacılarını, tibbi personalları və tədbirə dəvət olunmuş qonaqları salamlayan publik-hüquqi şəxsin direktoru Əbdülqadir Sultanov bildirdi ki, kollektivin əməyi İcbari Tibbi Sığorta Agentliyi tərəfindən yüksək dəyələndirilərək ön cərgədə qiymətləndirilmişdir. O, peşə bayramları münasibəti ilə bütün səhiyyə işçilərini təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir. Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov insanların sağlamlıqlarının qorunmasında xüsusi xidmətləri olan səhiyyə işçilərini salamlayaraq peşə bayramlarını təbrik etdi, onlara ən xoş arzularını bildirdi: “Azərbaycanda səhiyyə işçilərinin əməyinin yüksək qiymətləndirildiyini dilə gətirdi. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyəmizin maddi-texniki bazasının yeniləndiyini, müasir tələblərə cavab verən tibbi avadanlıqların ölkəmizə gətirildiyini, yeni tibbi korpusların tikilərək istifadəyə verildiyini diqqətə çatdırdı. Bu gün Azərbaycanda ən mürəkkəb cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Bu səhiyyəmizin durmadan inkişaf etdiyinə əyani nümunədir. Icra başçısı Mingəçevir səhiyəsini, həkimlərin uğurlu işlərindən də söz açdı. Xüsusən çətin anlarda- pandemiya dövründə fəallıq göstərən həkimlərə, tibb işçilərinə təşəkkürünü bildirdi. Şəhər mərkəzi xəstəxanası publik-hüquqi şəxsin direktorunun təqdimatı ilə dörd nəfər tibb işçisinə- Vəfa Məmmədovaya, Sədaqət Səmədovaya, Məıək Qafarovaya, Maya Həsənovaya Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının Fəxri fərmanını təqdim etdi. Tədbirdə şəhər mərkəzi xəstəxanası publik-hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Allahverdi Alıyev çıxış edərək işdə fərqlənən səhiyyə işçilərini fəxri fərmanlarla təltif etdi.