Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” adlı Beynəlxalq Gənclər Forumu keçirilmişdir.

18 avqust 2023 | 12:32

Avqustun 17-də Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi "Ümummilli Lider Heydər Əliyev Azərbaycan Gənclər siyasətinin banisidir" adlı Beynəlxalq Gənclər Forumu keçirilib. Forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Forumda 9 ölkənin, Rusiya Federasiyasının, Gürcüstan, Ukrayna, Moldova, Polşa, Finlandiya, Türkiyə, Çexiya, Rumıniyanın gəncləri iştirak edirlər. Forumda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, hazırda bu siyasətin dövlətimizin başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışları zamanı Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasətinin uğurlarından danışıblar. Ulu Öndərin gənclərin fiziki sağlamlğına, təhsilinə, karyerasının qurulmasına, dünyagörüşünün artırılmasına xüsusi önəm verdiyindən danışılmışdır. Gənclərimizin uğurlarından, idman sahəsindəki qələbələrindən, Azərbaycan Bayrağının dünyanın müxtəlif ölkələrində yüksəklərdə dalğalanmasından söz açılmış, 44 günlük Vətən müharibəsində qəhrəman gənclərimizin göstərdiyi fədakarlıqlardan, qəhrəmanlıqlardan bəhs olunmuşdur. Forumda xarici ölkə gəncləri də çıxış edərək Azərbaycana gəldiklərindən məmnunluqlarını bildirmiş, azad olunan yurd yerlərimizə, Gəncə şəhərinə səfərləri zamanı həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklərin nəticələrinin nə qədər acınacaqlı olduğundan danışmışlar. Tədbir müxtəlif bölmələrdə davam etdirilmişdir.

Keçidlər