Şriftin ölçüsü :

Saytın rəngi :

İslam dininin dəyərlərinin qorunması və inkişafı istiqamətində Mingəçevir Tibb Kollecində tədbir keçirilib

17 dekabr 2015 | 16:00

Dekabrın 17-də İslam dininin dəyərlərinin qorunması və inkişafı istiqamətində Mingəçevir şəhər İcra Hakimiyyətinin şəhərdə apardığı maarifləndirici tədbirlər planına uyğun olaraq, Mingəçevir Tibb Kollecində  tədbir keçirilib. Tədbirdə əvvəlcə kollecin direktoru Fikrət Zeynalov çıxış edərək qeyd etdi ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Sonra Kollecin Tələbə Gənclər Təşkilatının sədri, 3-cü kurs tələbəsi Elmar Fətullayev, şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Firəngiz Həsənova, şəhər prokurorunun böyük köməkçisi İlham Cəfərzadə, kollecin müəllimi Zaur Museyibov, Afaq Cəfərova mövzu ətrafında fikirlərini bildiriblər.

Keçidlər