Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Bələdiyyəsində Mənzil Fondunun idarə edilməsi ilə bağlı seminar keçirilib

17 dekabr 2015 | 16:00

Dekabrın 17-də Mingəçevir Bələdiyyəsində Mənzil Fondunun idarə edilməsi ilə bağlı seminar keçirilib. Maarifləndirmə məqsədi daşıyan tədbiri İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri aparıb. Nazirliyin Mənzil Kommmunal Siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov, mənzil siyasəti sektorunun baş məsləhətçisi Yusif Sofiyev, “Aran” Regional bölməsinin müdiri Elbrus Hüseynov, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev və Yerli sosial məsələləri  daimi komissiyasının sədri Zahid Qasımlı müzakirə olunan məsələ barədə fikirlərini bölüşüblər. Onlar Mənzil Məcəlləsinin mənzil fondunun idarə edilməsinə aid müddəalarından, Nazirlər Kabinetinin müvafiq qərarından danışıblar. Bldirilib ki, Mingəçevir Bələdiyyəsində “Maarifləndirmə Mərkəzi” yaradılacaq, bütün lazımi sənədlər mərkəz vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.
     Məhəllə komitələri fəallarının və kommunal təsərrüfatı idarələri nümayəndələrinin iştirak etdiyi praktik seminar diskussiya şəraitində keçib. Sonda iştirakçılara Mənzil Fondunun idarə edilməsinə dair sənədlər toplusu və maarifləndirici buklet paylanıb.

Keçidlər