Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Mingəçevirdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ŞİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, şəhərin hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Sonra mərkəzin foyesində təşkil edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə və Ümummili liderə həsr olunmuş videofilmə baxış keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzinin konfrans zalında “Xalqın əbədiyaşar lideri” adlı elmi nəzəri konfransla davam edib. Konfrans Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ŞİH-nin başçısı Niyazi Bayamov konfransı giriş sözü ilə açdıqdan sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ümummlilli lider Heydər Əliyev əməlləri ilə qəlblərdə əbədiyaşar siyasətçidir”, Mingəçevir Dövlət Universitetinin dekanı dosent Nüşabə Qədimli “Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisi, xalqımızın əbədi lideridir”, Mingəçevir Turizm Kollecinin Turizm və otelçilik şöbəsinin müdiri Aynurə Abbasova “Ulu Öndər Heydər Əliyev tarixin yetişdirdiyi güclü şəxsiyyət və böyük siyasi xadim idi”, şəhər Mərkəzi xəstəxananın həkimi Elxan Cəfərov “Ulu öndər Heydər Əliyevin siyasi ideyaları müasir uğurlarımızın əsas təminatçısıdır” adlı mövzularla çıxış ediblər.