Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə əlillər günü qeyd edilib

03 dekabr 2015 | 16:00

3 dekabr Beynəlxalq əlillər günü münasibətlə “Kosmos” şadlıq sarayında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev fiziki sağlamlığı məhdud olan insanlara lazımı qayğnın göstərildiyini vurğulayıb. Daha sonra şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev icra başçısı Niyazi Bayramovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, bu gün 1995 ci ildən ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə qeyd edilir və ulu öndər həmişə bu təbəqəyə qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllini diqqət mərkəzində saxlayıb. Bu diqqət və qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir.
     Tədbirdə əlil cəmiyyətlərinin sədrləri və əlillər çıxış edərək diqqət və qayğıya görə minnətdarlıq ediblər. Tədbir musiqi sədaları altında davam edib.

Keçidlər