Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə əmək yarmarkası keçirilib

06 noyabr 2015 | 16:00

Noyabrın 6-da Mingəçevir şəhərində əmək yarmarkası keçirilib. Tədbirdə vətəndaşlara 31 müəssisə və təşkilat tərəfindən 147 boş iş yeri təklif edilib. Boş iş yerləri 101 dövlət və 46 özəl təşkilat, bir xarici şirkət və bir fiziki şəxs tərəfindən təqdim olunub. Yarmarkanın açılış mərasimində Mingəçevir Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıb. İşəgötürən idarə və təşkilatların nümayəndələri vətəndaşlara təklif etdikləri yeni iş yerləri üçün 115 manatdan 340 manatadək əmək haqqı veriləcəyini bildiriblər. İş üçün müraciət edənlərdən 44-ü öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.

Keçidlər