Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş Şura iclası keçirilib

21 oktyabr 2015 | 15:00

Oktyabrın 21-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında “2015-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş Şura iclası keçirilmişdir. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirmişdir ki, oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ötən 9 ay ərzində ölkəmizin sosial-iqtisadi inkişafının hərtərəfli təhlili aparılmışdır. Ölkə prezidenti qeyd etmişdir ki, 9 ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz, sənaye istehslı 2,1 faiz, qeyri-neft sektorunda 3,7 faizdən çox, kənd təsərrüfatı 6,7 faiz, əhalinin pul gəlirləri 5,8 faiz artmış, infilyasiya cəmi 3,7 faiz təşkil etmişdir. Bütün bunlarla bahəm Mingəçevir şəhərində də böyük vüsətlə abadlıq-quruculuq işləri aparılmışdır. Bu işlər bu gün də uğurla davam etdirilir.
    İclasın gündəliyi və reqlamenti təsdiq olunduqdan sonra 2015-ci ilin 9 ayında Mingəçevir şəhərinin, sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov məlumatla çıxış etdi.
     Müzakirələrdə şəhər Maliyyə İdarəsinin rəis müavini Soltan Əsədov, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin müdiri Cəlil Hətəmov, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev, Qaz İstismar Xidməti sahəsinin rəisi Elşən Cabbarov çıxış etdilər.
     Şura iclası müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi.
     Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şura iclasının işinə yekun vurdu.

 

Keçidlər