Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq meydanında aparılan tikinti, quruculuq və abadlıq işləri geniş vüsətlə davam etdirilir

06 oktyabr 2012 | 15:00

Bu gün Mingəçevir şəhərində aparılan tikinti, quruculuq və abadlıq işləri geniş vüsətlə davam etdirilir. Hazırda inşaatçıların bir qrupu şəhərin şərq giriş hissəsində Bayraq Meydanının inşasına başlamışlar. Mingəçevir Şəhər İcra Hakimiyyətinin sifarişi ilə inşa edilən meydanda Azərbaycanın dövlət bayrağı 42 metr hündürlükdə dalğalanacaqdır.
Bayrağın postamenti 200 kvadratdır və mərmər ilə üzlənəcək, lövhənin üzərində Azərbaycan Respublikasının gerbi və dövlət himninin mətni əks olunacaqdır. Bayrağın qaldırılması avtomatik qurğu ilə olacaq. Bayraq Meydanının ətrafında 1 hektarlıq sahədə istirahət parkı salınacaqdır. Burada insanların dincəlməsi, asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılacaqdır. Parkda xüsusi işıqlandırma sistemi quraşdırılacaq, dekorativ ağaclar əkiləcək, milli ornamentli bəzək vurulacaq, oturacaqlar qoyulacaq, tamet döşəniləcək.
Hazırda bayraq bağlamaq üçün hazırlıq işləri görülür. Postament betonlanıb, bayrağı saxlayacaq metal dirək basdırılıb. Salınacaq parkda işlərə start verilib.
Şəhərin şərq girişindən Kür kompüter zavoduna kimi olan ərazi də inşaatçı və quraşdırıcıların ixtiyarındadır. Belə ki, Mingəçevirin hərtərəfli inkişafı, şəhər əhalisinin durmadan artması, istismar olunan avtomobillərin sayının çoxalması yol infrastrukturunun da genişləndirilməsini gündəmə gətirmişdir. Bunu üçün ilkin olaraq adı çəkilən ərazidə bu istiqamətdə işlərə başlanılmışdır. Artıq səkilər, bardürlər yenidən qurulmuş, asfalt örtüyün salınması üçün son tamamlama işləri aparılır. Ərazidə tikinti işlərini qısa müddət ərzində başa çatdırmaq üçün kifayət qədər inşaatçı və texnika işləyir.
 

Keçidlər