Şriftin ölçüsü :

Saytın rəngi :

16 mart 2024-cü il tarixdə Mingəçevir şəhərində Novruz bayramı münasibətilə şəhər iməcliyi keçirildi.

16 mart 2024 | 13:10

Novruz bayramı ərəfəsində Mingəçevirdə təmizlik,abadlıq işləri görülür.Bu gün Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ağacəkmə aksiyası keçirilib. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,aparatın rəsmiləri, idarə, müəssisə və təşkilatlar, ərazi icra nümayəndəlikləri və ictimaiyyət nümayəndələri,təhsil,səhiyyə şəhərin müxtəlif ərazilərində müxtəlif növ ağaclar əkiblər. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Qeyd edək ki, boş olan ərazilərə ümumi olaraq 330 ədəd müxtəlif növ dekorativ və meyvə ağacları, 3000 ədəd isə dekorativ çiçək əkilərək suvarılıb, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb. Dostluq, Nəsimi, Zəfər, Füzuli, Sağ sahil, Sahil parklarında, N.Nərimanov, İ.İslamzadə, 20 Yanvar, Puşkin, R.Rza, H.Əliyev prospekti, Təbriz, Samux, M.Maqomayev və s.küçələrdə budama işləri aparılmış, ağacların dibi bellənmiş, alaq otlarından təmizlənmiş, yol kənarı ərazilərdə təmizlik işləri aparılmış, avtobus dayanacaqları yuyulmuş, işıqforlar təmizlənmişdir. Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin su maşını ilə şəhərin bütün yolları yuyulub,işçilər tərəfindən şəhərin yol kənarlarına,şəhərin giriş hissəsinə,bayraq meydanı ərazisinə bəzəkli güllər əkilib.

Keçidlər