Dövlət Müstəqilliyi günü ilə əlaqədar elmi-nəzəri konfrans keçirildi
18 oktyabr - Dövlət Müstəqilliyi günü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə YAP Mingəçevir şəhər təşkilatının inzibati binasında “Dövlət müstəqilliyimiz tarixi nailyyətimizdir” adlı mövzusunda elmi-nəzəri konfrans keçirdi.
Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov Azərbaycanın müstəqillik qazanmasında, inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışdı. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik və prezidentin həyata keçirdiyi layihələrdə ona öz işimiz və əməlimizlə dəstək olmalıyıq.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək, mütəqillik günü münasibəti ilə konfrans iştiraçılarını təbrik etdikdən sonra, müstəqillik tarixinə nəzər yetirdi və bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin gərgin mübarizəsi nəticəsində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu və bu gün də müstəqil Azərbaycan dövləti dünya dövlətləri arasında öz layiqli yerini tutaraq, bütün xarici və yerli təzyiqlərə baxmayaraq güclü orduya, güclü iqtisadiyyata malik böyük bir dövlət yaratmışdır.
Sonra Mingəçevir şəhər 12 saylı tam orta məktəbin direktoru, YAP Mingəçevir şəhər təşkilatının Şura üzvü Mirzə Cavadov , YAP şəhər təşkilatının İdarə Heyyətinin üzvü, 16 saylı tam orta məktəbin tarix müəllimi Ramiz Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev çıxış etdilər.