Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıl və gümüş medal almış məzunlarla görüş keçirilib

14 avqust 2015 | 15:00

Avqustun 14-də Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı 2014/2015-ci tədris ilində orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlətlə başa vuran, qızıl və gümüş medal almış məzunlarla görüş keçirib. Tədbirdə şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin uğurlarından danışılıb. Bildirilib ki, bu ilki qəbul imtahanları zamanı 831 məzundan 42 nəfəri 600, 82 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 10 saylı məktəbin məzunu Əmiraslanova Zeynəb Kərim qızı 692 balla şəhər üzrə ən yüksək nəticə göstərib O da qeyd olunub ki, orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlətlə başa vuran 6 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğıdan danışan Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bilidirib ki, Mingəçevirdə son bir neçə ildə yeni məktəblər əsaslı təmir olunub və daha üç məktəb əsaslı təmir edilir. Çıxış edən valideynlər övladlarının uğurlarına sevindiklərini bildiriblər. Tədbirdə orta məktəb direktorları da çıxış edərək dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildiriblər. Daha sonra orta məktəbi yüksək nailiyyətlətlə başa vuran məzunlara qızıl və gümüş medallar və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər