Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

05 avqust 2015 | 15:00

Avqustun 5-də Mingəçevir şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iyulun 13-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdan söz açdı. Mingəçevir şəhərinin yarım illiyinin yekunları ilə bağlı İcra başçısının birinci müavini İ.İsmayılov məruzə etdi.
   Məruzə ətrafında şəhər Maliyyə idarəsinin müdiri Şahverdi İsbəndiyarov, “Azyolneftemaş” ASC-nın direktoru Məhərrəm Hüseynov, İşıqlanma idarəsinin rəisi Rafiq Əsgərov, Mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əzizli, Mərkəzi şəhər xəstəxanasının baş həkimi Yusif Quliyev, 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdir əvəzi Əlizamin Həmidov çıxış etdilər.
   Toplantıda şəhərdə həyata keçirilən abadlıq işləri təqdir olunmaqla yanaşı müasir standartlara uyğun yenilənən su xətlərinin çəkilişindən də söhbət açıldı, həmçinin qızmar yay günlərində susuzluqdan yanan yaşıllığın, ağacların suvarılması ilə bağlı problemlərin mövcudluğu dqqət mərkəzinə çəkildi.
     Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi  Bayramov bildirdi ki, Mingəçevir öz simasını dəyişib. Bu gözəlliyi qorumaq, saxlamaq lazımdır. Yaşıllığı biz yaratmışıq, ağacları biz əkmişik. Onu bizlər hamılıqla qorumalıyıq.
Niyazi Bayramov toplantı iştirakçılarına və mingəçevirlilərə təbriklərini də ünvanladı: "Bildiyiniz kimi,cənab prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Mən bütün mingəçevirlilər adından cənab prezidentimizə minnətdarlığımı bildirir və bu addımı Mingəçevirə gös-tərilən növbəti qayğı hesab edirəm."
     Sonda şəhər rəhbəri Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, icra başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi İmran Fərhad oğlu Yusifova dövlət mükafatını təqdim etdi.

Keçidlər