Şriftin ölçüsü :

Saytın rəngi :

15 mart 2025-ci il tarixdə Mingəçevir şəhərində "Novruz" bayramı münasibətilə iməclik keçirildi

15 mart 2025 | 10:32

Novruz bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına müvafiq olaraq şəhərdə abadlıq quruculuq işləri aparılır. Küçə və məhəllələrin təmizliyinin, səliqə sahmanının təmin olunması üçün idarə və müəssisələrin kollektivləri böyük həvəslə çalışırlar. Ümumşəhər iməciliyində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, veteranlar iştirak ediblər. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən Heydər Əliyev prospektində, 20 Yanvar, N.Nərimanov, R.Rza, A.Məmmədov və şəhərin digər küçələrdə, İncilli ərazisində olan yaşıllıq zolaqlarında torpaq sahələri əvvəlcədən yumşaldılmış, yeni ağac tinglərinin və gül kollarının əkilməsi üçün çalalar hazırlanmışdır. Ənənəvi olaraq yaz mövsümündə şəhərdə ağacların əkilməsi ekoloji tarazlığın bərpa olunması ilə yanaşı nur şəhərinin gözəlliyinə xüsusi əlavələr edir. Milli birlik rəmzi, bolluq bərəkət bayramı olan Novruzun gəlişi insanlarda böyük ruh yüksəkliyi yaradır, şənliklər üçün hazırlıqlar aparılır. Baharın ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Mingəçevirlilər də ümumşəhər iməciliyində yaşıllıq zolaqlarında yüzlərlə şam və küknar, müxtəlif həmişəyaşıl ağac tingəri əkərək öz töhfələrini veriblər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərimizin gözəlliyinin təmin olunmasında abadlıq-quruculuq və əsaslı təmir işləri ilə yanaşı yaşıllıq zolaqlarının qorunmasının da önəmli olduğunu bildirərək mövsüm ərzində park və xiyabanlarda, istirahət mərəkəzlərində də ağac tinglərinin, gül kollarının əkilməsinin reallaşacağını bildirib və Novruz bayramı münasibəti ilə təbriklərini, xoş arzularını çatdırıb.

Keçidlər