15 iyun Qurtuluş Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı keçirilib
15 iyun 2022 | 15:22
Şəhid ailələrinin nümayəndələrinin, qazilərin, şəhər ictimaiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşlkilatların mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək qurtuluş tariximizə nəzər saldı: “1993-cü ilin iyun ayında Azərbaycanda baş verən hadisələr, vətəndaş müharibəsi təhlükəsi, xaos və anarxiyanın, bohranın baş alıb getdiyi bir zamanda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin siyasi səriştəsi sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu. O dövrdən başlayaraq Ulu öndərin rəhbərliyi ilə ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artırılması məqsədi ilə həyata keçirlən infrastrukrur layihələr Azərbaycanın iqtisadi qüdrətini artırdı. Gənclərə göstərilən dövləq qayğısı, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafı vətəndaşların həyat tərzinin yaxşılaşdırılması naminə reallaşan işlər davam etdikcə ölkədə insanların ruh yüksəkliyi də artmağa başladı. 2003-cü ildə prezident seçilən dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti və bacarığı sayəsində həyata keçirilən iqtisadi islahatlar, əldə olunan uğurlar, beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi dövlətimizin siyasi nüfuzunu artırmaqdadır. Xüsusən də Milli Ordumuzun bazasının gücləndirilməsi istiqamətində görülən işlər sayəsində hərb sahəsində qələbələrə yol açıldı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Milli Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması Azərbaycanın Zəfər salnaməsini yaratdı .Bu böyük qələbəni qazanmaq üçün ölümdən qorxmayaraq vətən savaşına yollanan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, veteranlarımıza can sağlığı arzilayıram. Qurtuluş günü münasibəti ilə mən xalqımızı ürəkdən təbrik edir, yurdumuza firavanlıq, xöşbəxtlik arzulayıram” Sonra Mingəçevir şəhərinin musiqiçilərinin təqdim etdiyi konsert proqramı təqdim olundu. Alqışlarla qarşılanan hər bir müsiqi nömrəsi tədbiri daha da rövnəqləndirdi. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq oldu.