Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir ilə İsrailin Afula şəhəri qardaşlaşdı

09 iyul 2015 | 15:00

İyulun 9-da Mingəçevir şəhəri ilə İsrailin Afula şəhəri arasında qardaşlaşma haqqında müqavilə imzalanıb. Əvvəlcə israilli qonaqlar və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Sonra ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin fəaliyyəti və burada nümayiş etdirilən eksponatlarla tanışlıq olub. Müqavilənin imzalanması mərasimində hər iki şəhərin tarixi, coğrafi mövqeyi, əhalisi və ifrastrukturu barədə məlumat verildi, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
     Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər haqqında geniş məlumat verərək bildirib ki, Mingəçevirdə iri maşınqayırma, kimya və energetika müəsissələri fəaliyyət göstərir. Şəhərdə turizm üçün geniş imkanlar mövcuddur. N.Bayramov vurğulayıb ki, bu müqavilənin imzalanması hər iki tərəf üçün faydalı olacaq.
     Afula şəhər merinin müavini Mixail Barkan bu əməkdaşlığın əsasən mədəniyyət sahəsini əhatə edəcəyini bildirib. Mərasimdə diqqətə çatdırılıb ki, İsrailin şərqində yerləşən və 47 min nəfər əhalisi olan Afula şəhəri ilə digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur.
    Sonra hər iki şəhərin rəhbərliyi qardaşlaşma haqqında müqaviləni imzalayıblar. Qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Keçidlər