Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançımız gümüş medal əldə etdi

16 iyun 2015 | 15:00

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə avarçəkmə yarışlarında üç gün ərzində -14, 15, 16 iyun tarixində 300-dən çox idmançı qızıl medal uğrunda yarışdı. Ümumilikdə, kişilər və qadınlar arasında 12 baydarka yarışı və yalnız kişilər arasında  üç kanoe sprinti keçirildi. Yarışların yüksək səviyyədə keçirilməsi üçün Kür Olimpiya Tədris İdman Mərkəzində lazımi şərait yaradılmışdı. İdmançılarımıza ümidlər böyük idi. Lakin gərgin gedən mübarizələrdə yalnız bir idmançımız Valentin Demyanenko gümüş medal əldə etdi.
     3 günlük yarışın yekununa əsasən Macarıstan, Almaniya, Belarusiya kimi  komandalar yüksək nəticələr göstərib. Belə ki, Macarıstan millisinin avarçəkmə yarışının müxtəlif növlərində əldə etdiyi 10 medaldan 5-i qızıl, Almaniya millisinin qazandığı 7 medalın 3-ü qızıldır.

Keçidlər