Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə avarçəkmə yarışlarına start verilib

14 iyun 2015 | 15:00

İyunun 14-də “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə avarçəkmə yarışlarına start verilib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ilk günündə atletlər 8 növ üzrə ilkin və yarımfinal mərhələsində mübarizə aparıblar. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçirilir. Mübarizələrdə 37 ölkədən 300-dən çox kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib.

Keçidlər