Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü münasibəti ilə elmi-nəzəri konfrans keçirilib

27 may 2015 | 15:00

YAP Mingəçevir şəhər təşkilatı 28 May - Respublika Günü münasibəti ilə elmi-nəzəri konfrans keçirib.  Mayın 27-də YAP Mingəçevir şəhər təşkilatı Respublika Günü münasibəti ilə bağlı elmi-nəzəri konfrans keçirib. Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmlıəndirilməsində Heydər Əliyevin əvəzsiz rolundan danışıb. O bildirib ki, dövlətimizin bu günkü uğurlarının təməlində ulu ödərin siyasəti durur: “Bu gün Heydər Əliyev siyasətini uğurla həyata keçirən İlham Əliyevin ətrafında sıx birləşməliyik və Prezidentin həyata keçirdiyi hər bir layihədə ona öz işimiz və əməlimizlə dəstək olmalıyıq”.
      Aytən Mehdiyeva “Xilaskarlıq missiyası ilə başlanan güclü dövlət və yüksəliş siyasəti”, Sevinc Həsənova “İnkişafın Azərbaycan modelinin banisi”, Aygün Qədirova “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin siyasətinin davamının nəticəsidir” mövzularında çıxış ediblər.

Keçidlər