Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Bakı-2015” Avropa Oyunlarının məşəli alovlandırıldı

22 may 2015 | 15:00

Mayın 22-də “Bakı-2015” Avropa Oyunlarının məşəli Mingəçevirə gətirildi. Minlərlə şəhər sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəlini gətirən estafet iştirakçılarını qarşıladı.
   “Kür” Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul etdi. Sonra yürüşə start verildi. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər Əliyev meydanına gəldilər. Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanların alqışları altında birinci Avropa Oyunlarının çırağını isə Mingəçevir şəhər 3 saylı məktəbin müəllimi Aysel Hüseynova yandırıb. Çıraq yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün fəal gənc Ceyhun Paşazadəyə təqdim olunub.
     Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirildi, atəşfəşanlıq oldu.

 

Keçidlər