Şriftin ölçüsü :
Saytın rəngi :
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə növbəti əmək yarmarkası baş tutub.
Mingəçevir Gənclər Evində təşkil olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialının rəsmiləri iştirak ediblər. Yarmarkada 14 müəssisə iştirak edib və 80 vakansiya təqdim olunub. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.