Şriftin ölçüsü :

Saytın rəngi :

“Əməlləri ilə əbədiləşən tarixi şəxsiyyət” mövzusunda elmi nəzəri konfrans keçirilib

06 may 2015 | 15:00

Mayın 6-da Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Əməlləri ilə əbədiləşən tarixi  şəxsiyyət” mövzusunda elmi nəzəri konfrans keçirilib. Konfransdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun ruhuna öz ehtiramlarını bildiriblər.
   Konfransı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açıb. Sonra ulu öndərin həyatını əks etdirən maraqlı məruzələr təqdim olunub. “Heydər Əliyev dühası bütöv şəxsiyyət mücəssəməsidir” mövzusunda YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, “Ümummilli lider H.Əliyev əməlləri ilə qəlblərdə əbədiyaşar şəxsiyyətdir” mövzusunda Mingəçevir Politexnik İnstitutunun dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nüşabə Qədimli, “Heydər Əliyev nəzəri irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsi, milli ideologiyamızın əsasıdır” mövzusunda Azərbaycan Müəllimlər İnstutu Mingəçevir filialının kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Zenfira Əzizova, “Əbədiyaşar Heydər Əliyev ideyaları müasir uğurlarımızın qarantıdır” mövzusunda Mingəçevir Turizm kollecinin müəllimi, YAP şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Eldar Dərişov çıxış edib.
   Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfransın işinə yekun vururaq bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmiz bütün sahələrdə yüksək inkişafa nail olmuş, nəticədə regionun lider və dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir-demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Bütün bunlar isə ulu öndər Heydər Əliyev ideyalarının reallaşmasının nəticəsidir. Nə qədər müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları daima yaşayacaq və uğurlaq qazanacaqdır.

 

Keçidlər