Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib

24 aprel 2015 | 15:00

Aprelin 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Mingəçevir şəhərində Mingəçevir, Şəki, Yevlax, Ağdaşdan olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük-keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub. Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Keçidlər